Məlum olduğu kimi, bu gün “Simurq” – “İnter” matçıyla Azərbaycan Premyer Liqasında 21-ci tur start götürəcək. Futbolinfo.az xəbər verir ki, bu oyun öncəsi paytaxt klubu ötən gün Olimiya Kompleksinin arenasında məşq edib.
 
Məşq prosesi 1 saat çəkib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə yekunlaşıb.
 
Qeyd edək ki, “Simurq” – "İnter” matçı sabah saat 15.00-da başlayacaq.
Shares: