Bu gün Topaz Premyer Liqasının 21-ci turunda "Simurq" doğma azarkeşlər önündə "İnter"i qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, səhər saatlarına www.etopaz.az saytında Zaqatalada keçiriləcək matç üçün əmsallar təqdim olunsa da, bu qarşılaşma proqramdan çıxarılıb.
"Topaz" məntəqələrində isə həmin oyun proqramda yer alsa da, pul qoyuluşu dayandırılıb. Məsələni öyrənmək üçün "Topaz"ın ofisi ilə əlaqə saxladıq. Ofisdən saytımıza verilən məlumatda bunun səbəbini bilmədiklərini, sadəcə, tapşırığa əməl edildiyi bildirildi. Bu isə bir daha Zaqatalada keçiriləcək qarşılaşmanın şübhə doğuracağını təsdiq edir.





