FİFA prezidenti Yozef Blatter Braziliyada keçiriləcək dünya çempionatına hazırlıqlar barədə müsbət açıqlama verib. Futbolinfo.az xəbər verir ki, bu vaxta kimi daim mundiala qədər bəzi stadionların hazır olmayacağından narahat olan qurum rəhbəri sonuncu dəfə xoş sözlər səsləndirib:
“Braziliyanın dünya çempionatını yüksək səviyyədə keçirəcəyinə inanıram. Dünya çempionatına hazırlıqla bağlı heç bir problem yoxdu. Braziliyanın idman naziri Aldo Rebelo ilə danışdım və o mənə Koritibadakı stadionun mundiala qədər tam hazır olacağına söz verdi. Çox gözəl çempionat olacaq. Əminəm ki, Braziliya dünya çempionatını yüksək səviyyə keçirəcək".
DÇ-2014-ün başlamasına 4 ay qalır.





