"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Bu arenada oynamaq hər zaman bizim üçün çətin olub. Bu gün də belə oldu. Psixoloji baxımdan bu matça hazır olmağımız qələbə qazanmağımızda xüsusi rol oynadı. "Simurq" ardıcıl məğlubiyyətlər yaşayıb. "Üçlüy"ə düşmək şansları isə azalıb. İlk hissədə yaxşı oynadıq. Qələbə qazanmaq üçün irəli atıldıq. Ancaq son ötürmələr və zərbələrdə qeyri-dəqiqlik müşahidə olunurdu. Vaqif Cavadaovun da bu oyunda iştirak edə bilməməsi komandanın oyununa təsir etdi. Növbəti turlarda "Bakı", "Neftçi" və "Xəzər Lənkəran"a qarşı keçirəcəyimiz oyunlarda qazanacağımız nəticələr çox suala aydınlıq gətirəcək".
Shares: