İtaliya nəhəngi “Yuventus” heyətdə ciddi problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, “qoca sinyora”nın istedadlı hücumçusu Mirko Vucinic məşqdə zədələnib.
Bu haqda klub rəhbərliyi rəsmi məlumat yayıb. Vuçiniçin Avropa Liqasının 1/16 final mərhələsində "Trabzonspor"la qarşılaşmaların heç birində forma geyməyəcəyi açıqlanıb.
Vuçiniç 2001-ci ildən “Yuventus” formasını geyinir.





