"Çelsi" rəhbərliyi Madrid “Atletiko”suna icarəyə verdiyi qapıçı Tibo Kurtuanı geri istəmir. Futbolinfo.az xəbər verir ki, “zadəganlar” qolkiperin əvəzində La Liqa təmsilçisindən başqa oyunçu almağı planlaşdırır.
 
İngiltərə klubu ilk növbədə Kuruanın əvəzində 16 milyon + Kokeni istəyəcək. Əgər madridlilər buna razı olmasa, 8 milyon + Dieqo Kostanı tələb olunacaq.
 
Qeyd edək ki, baş məşqçi Joze Mourinyo da Kurtuanın "Çelsi"də əsasən ehtiyatda qalacağını deyərək onun "Atletiko"da qalmasını məsləhət görüb.
Shares: