Tarixinin ən pis mövsümlərindən birini keçirən "Mançester Yunayted” böhrandan çıxmaq üçün yay transfer dövründə heyətini əsaslı şəkildə yeniləyəcək. Futbolinfo.az xəbər verir ki, mankunyanların bunun üçün təxminən 250 milyon avroluq bir büdcə ayırdığı bildirilir.
Britaniya mətbuatının verdiyi xəbərə görə, David Moyesin rəhbərlik etdiyi İngiltərə nəhəngi çarəni transfer dövründə komandaya ulduz futbolçu daxil etməkdə görür.
Qeyd edək ki, Premyer Liqada 7-ci pillədə qərarlaşan "qırmızı-şeytanlar" çempionluq mübarizəsindən uzaqlaşıb.





