Rusiya millisinin baş məşqçisi Fabio Kapello Çempionlar Liqası ilə bağlı fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, italiyan mütəxəssis favorit olaraq "Real"ı (Madrid) ən şanslı klub saydığını açıqlayıb:
 
"Çempionlar Liqasında daha güclü komandalar mübarizəni davam etdirirlər. Mən "Real"ı favorit görürəm. Onların bu mövsüm bütün turnirlərdə qələbə qazanacağına inanıram. Karlo Ançelotti çox təcrübəli mütəxəssisdir. Onun komandası oyun-oyundan daha da artırır".
 
Qeyd edək ki, "Real” son 3 mövsümdə ÇL-də mübarizəni yarımfinalda dayandırıb.
Shares: