Lion Olmipik”inin hücumçusu Bafetimbi Qomis “Beşiktaş”ın maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu yaydan etibarən karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
 
Cari mövsümün sonunda müqavilə müddəti başa çatacaq Uqo Almeyda ilə hələ də yeni sözləşmə imzalamayan İstanbul təmsilçisi Qomislə komandanı gücləndirmək fikrindədi. Məlumatlara görə, “ağ-qaralar” yaxın günlərdə fransalı futbolçunun meneceri ilə danışıqlara başlayacaq. Rəhbərlik mövsümün sonunda müqaviləsi başa çatacaq forvardı heç bir məbləğ ödəmədən heyətə qatmaq istəyir.
Shares: