Məşhur alman məşqçi Feliks Maqat “Hamburq”un baş məşqçisi olmaq təklifini qəbul etməyib. Futbolinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis “facebook” səhifəsində bu qərarını açıqlayıb.
 
Onun sözlərinə görə fikir ayrılığı olan yerdə bundesliqada qalmaq uğrunda mübarizə aparmaq mümkün deyil. Belə ki, “Hamburq”un direktorlarından bəziləri onun əleyhinə olduğu üçün Maqat təklifi qəbul etməyib.
 
Qeyd edək ki, Hamburq hazırda 20 oyundan sonra 16 xalla turnir cədvəlində 17-ci sıradadı.
Shares: