"Roma"nın canlı əfsanəsi Françesko Totti yenidən zədələnib. Futbolinfo.az xəbər verir ki, zədədən yenicə qayıtmış paytaxt klubunun kapitanı barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, 37 yaşlı təcrübəli futbolçu "Latsio" ilə matçda ayağından zədələnib. Onun ən azı bir həftə istirahətə ehtiyacı olduğu açıqlanıb. Bu isə o deməkdi ki, Totti A Seriyasında "Sampdoriya" ilə matçı triubanadan izləyəcək.
 
Qeyd edək ki, Totti "Napoli"yə məğlub olduqları kubok oyununda da komandasında kömək edə bilməmişdi.
Shares: