Ötən ay Martin Yolu istefaya göndərən İngiltərənin "Fulhem" klubu boş qalan posta yeni çalışdırıcı gətirib. Futbolinfo.az xəbər verir ki, artıq yeni məşqçinin adı rəsmən açıqlanıb.
London klubunun rəsmi saytında yer alan xəbərə görə, komandanın başına alman mütəxəssis Feliks Maqat gətirilib. 60 yaşlı məşqçi ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Maqat son olaraq 2 il bundan öncə “Volfsburq”u çalışdırmışdı. 60 yaşında olmasına baxmayaraq, “Fulhem” onun ölkəsindən xaricdə yaşadığı ilk təcrübə olacaq.





