"Qalatasaray"ın baş məşqçisi Roberto Mançiniyə qarşı İtaliyada istintaq başladılıb. Mütəxəssis saxtakarlıqda ittiham olunur. Futbolinfo.az xəbər verir ki, Mançini ölkəsində bir əmlak şirkətinin etdiyi saxtakarlıqda iştirak etməklə günahlandırılır.
Çalışdırıcı özü isə bu məsələ ilə bağlı heç bir günahının olmadığını deyib: "Bu işlərdən kənardayam. Mən sadəcə şirkətin üzvlərindən biri idim. Şirkətdə bir idarəçi hər şey ilə məşğul idi. Bu cür məsələlərdə adımın hallanması məni narahat edir. Bu, mənə mənfi mənada təsir edir. Heç bir zaman belə vəziyyətlə qarşılaşacağımı düşünməzdim".





