Hazırda Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Bakı" – "Neftçi" oyunu keçirilir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ilk yarısından sonra hesab açılmayıb.
 
Bu oyunu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin yığma komandamızın baş məşqçisi Berti Foqts və köməkçiləri də var. Eyni zamanda derbini "İnter"in çalışdırıcısı Kaxaber Sxadadze, "bankirlər"in şərəfini qoruyan Meza Kolli, Vaqif Cavadov və "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov da izləyir. Qeyd edək ki, Ramaldanov zədəli olduğu üçün bu gün "Qəbələ" ilə qarşılaşacaq cənub təmsilçisinin səfər oyununa aparılmayıb.
Shares: