Topaz Premyer Liqasının 21-ci turunun "Bakı" – "Neftçi" matçının 61-ci dəqiqəsində meydan sahibləri hesabı açdıqdan sonra maraqlı epizod yaşanıb. Futbolinfo.az xəbər verir ki, qonaq komandanın kapitanı Rəşad Sadiqov "Neftçi"nin ehtiyat oyunçular skamyasına doğru qaçaraq baş məşqçi Böyükağa Hacıyevə etirazını bildirib.
Belə ki, o, start heyətdə yer alan Melvin Platyenin çıxışından narazılığını dilə gətirərək bu futbolçunun dəyişdirilməsini tələb edib. Çünki hollandiyalı futbolçu bir neçə dəfə yüz faizli qol epizodlarını boşa vermişdi və komandanın heyətində ən zəif təsir bağışlayan oyunçu idi.
Qeyd edək ki, kapitanın bu etirazı öz bəhrəsini verib. Hacıyev bundan 2-3 dəqiqə sonra Platyeni Bahodir Nasimovla əvəzləyib.
Shares: