Madrid “Real”ı mövsümün əvvəlində “Mançester Yunayted”dən icarəyə götürdüyü Xavyer Hernandesin transfer hüququnu almaq firkinə düşüb. Futbolinfo.az xəbər verir ki, buna səbəb Kərim Benzemanın yoxluğunda “Çiçarito” ləqəbli futbolçunun özünü doğrultmasıdı. 
Ötən həftələrə qədər bu fikirdə olmayan “kral klubu” artıq İngiltərə təmsilçisi ilə danışıqlara start verib. Meksikalı özü də İspaniyada qalmaq arzusundadı. İngilislər transferin baş tutması üçün 7 milyon avro tələb edirlər.
Qeyd edək ki, hücumçu son 2 matçda 3 qol vurmaqla diqqət çəkib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp