"Milan"ın baş məşqçisi Filippo İnzaqinin futbolçularla soyuq münasibətinin səbələri məlum olub. Futbolinfo.az xəbər verir ki, Pippo "Udineze" ilə oyundan sonra avtobusda futbolçuları tənqid edib. 
Bundan sonra futbolçu Nayçel de Yonq İnzaqinin tənqidlərinə dözməyərək, "Sən "Milan"ın baş məşqçisi olmağa layiq deyilsən" ifadəsini işlədib. Yerli mətbuatın yazdığına görə, daha bir neçə futbolçu hollandiyalıya dəstək verib.
Qeyd edək ki, de Yonqun klubla olan sazişi yayda bitir. İnzaqinin də yayda postunu tərk edəcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp