Bu gün Topaz Premyer Liqasının 32-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qәbәlә" doğma meydanda "Qarabağ"la 1:1 bərabərə qalıb. 
Qəbələ şəhər stadionunda keçirilən oyunun 88-ci dəqiqəsində hakim qonaqların qapısına penalti tәyin edәrkәn ağdamlıların kapitanı Rәşad Sadıqov yerli azarkeşlәrә tәrәf gәlib, әl çalaraq, hakimә etirazını bildirib.
Daha sonra "Qarabağ"ın baş mәşqçisi Qurban Qurbanov hakimlәrә sәrt şәkildә etiraz edib vә onu 4-cü hakim sakitlәşdirib. Oyun bitdikdәn sonra isә qapıçı İbrahim Şehiç әsәbi şәkildә referinin üstünә qaçıb vә onu komamda yoldaşları sakitlәşdirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp