2015-ci il Vaqif Cavadov üçün maraqlı keçir. Artıq 3 klubun düşərgəsində görünən millimizin hücumçusu həm də qəribə tale yaşayır. 
Ötən mövsümü “Boluspor”da keçirən forvard ardınca “Xəzər Lənkəran”a keçdi. O, bu komandanın heyətində debüt etməmiş bir neçə gün öncə “Qəbələ”yə transfer olundu. 
Artıq “Qəbələ”nin əvəzedicilərində debüt etmiş futbolçu əsas heyətə də yaxınlaşır. Amma bu, ona subay vaxtı qismət olmayacaq. Çünki bu gün Vaqif ailə qurur.
Dünən  Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”ı məğlub edən “Qəbələ” bu gün yenidən bir araya gəlməsinin səbəbi də toydu. Komanda həmişəkindən fərqli olaraq, bu dəfə məşq üçün yox, xeyir işə görə yığışacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp