Vaxtilə “Standard” və “İnter”in heyətində sabit çıxış edən və daim meydançada olan Ruslan Əmircanovun “Qəbələ” karyerası çox uğursuz alındı. Məsələ burasındadır ki, bölgə klubunun heyətində zədə alan cinah oyunçusu uzun müddət yaşıl meydançalardan kənarda qaldı. 
 
Ağır əməliyyatlardan sonra kollektivdə özünə yer tapa bilməyən təcrübəli oyunçu “Qəbələ” ilə yollarını ayırdı. Əmircanov hazırda heç bir klub tərəfindən sifariş olunmasa da, “İnter”in heyətində məşq edir. Futbolinfo.az saytının məlumatına görə, Əmircanov hazırda fərdi məşqlərlə həkim nəzarəti altında məşğul olur.
 
Artıq bərpa prosesinin son mərhələsində olan oyunçu 3 həftədən sonra oynamağa tam hazır olacaq və “İnter”in heyətində yer alacaq. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp