“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin bu klubda birgə çalışdığı azərbaycanlı mütəxəssis Dmitri Kramarenkonun xidmətində maraqlı olub. Futbolinfo.az xəbər verir ki, “Qəbələ”dən getdikdən sonra “Mordoviya”da çalışan və  Saransk təmsilçisindən “Anji”yə keçdikdən bir az sonra Syomin Dimanı yanına çağırıb.
 
Lakin həmin ərəfədə Kramarenko  “Neftçi” ilə anlaşmaq üzrə idi. Kramarenko Syominin bu istəyini rəhbərliyə çatdırsa da, “Neftçi” qapıçı-məşqçisini buraxmaq istəməyib.   
Məlumat üçün əlavə edək ki, Dima hazırda “Neftçi”nin əsas heyətində çalışır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp