Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis “Qarabağ”a etdiyi centlmenliyə görə təşəkkürünü bildirib.
– İlk yarıda yatdıq. Fasilədən sonra yaxşı oynadıq. Şanslarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. “Qarabağ” güclü rəqibdi. Onları təbrik edirəm, Avropa Liqasında uğurlar diləyirəm.
– Penalti epizodunu şərh etməyinizi, habelə qırmızı vərəqə alan Xizanişivili və Lomaya ilə söhbəti oldumu?
– Lomaya topa oynamışdı. “Qarabağ”ın futbolçularını da alqışlayıram ki, penaltini vurmadılar. Paltardəyişmə otağında isə nədən danışa bilərik? Axı təkrara baxıb nəyisə demək olar. Ancaq uşaqlar günahsız olduqlarını bildirdilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp