Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki,  "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə məğlub edib. 
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın məşqçisi Vidadi Hüseynov məğlubiyyəti belə şərh edib:
“2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi”. 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov səhhətində yaranmış problemlərə görə mətbuat konfransına qatılmayıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp