Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə "Qəbələ"yə məğlub olan (0:6) "Xəzər Lənkəran" istirahətdədi. Futbolinfo.az xəbər verir ki, cənublular ayın 9-da Lənkəranda bir araya gələcək. 
Heyətdə Rasim Ramaldanov, Orxan Əliyev və Orxan Sadıqlı zədəlidi. Lakin adıçəkilən futbolçuların növbəti tura kimi sağalıb sıraya dönəcəyi gözlənilir. 
Qeyd edək ki, "ağ-yaşıllar" növbəti tur çərçivəsində oktyabrın 18-də AZAL-ı qəbul edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp