İngiltərə Premyer Liqasında 1978-ci ildən bəri ən uğursuz mövsümünü keçirən "Çelsi"nin baş məşqçisi Jose Mourinyonu Nizam İntizam Komitəsi cəzalandıra bilər. Futbolinfo.az xəbər verir ki, sözügedən qurum portuqaliyalı mütəxəssisə özünü müdafiə etmək üçün 8 oktyabra qədər vaxt verib.
"Sautqempton"la maçtda Falkaoya edilən kobudluğa görə hakimlərdən penalti tələb edən 52 yaşlı çalışdırıcı oyundan sonra referilərin "Çelsi" lehinə qərar verməkdən qorxduqlarını bildirib. Bu səbəbdən Mourinyonu cəza gözləyir.
Qeyd edək ki, "zadəganlar"da 2-ci dövrünü keçirən Joze 2013-cü ilin iyun ayında "Real"dan London klubuna keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp