İtaliya millisinin hücumçusu Fabio Kvalyarella Azərbaycan yığması ilə qarşılaşma öncəsi maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, sonuncu dəfə milli komandada 2010-cu ildə Rumıniya millisinin qapısına qol vuran futbolçunun yenidən Antonio Konte tərəfindən dəvət almasının etirazlarla qarşılanmasına cavab verib.
Kvalyarella bildirib ki, o, şərəflə mübarizə aparır: “Mən həmişə millidə həvəslə və şərəflə mübarizə aparmışam. Konte məni yaxşı tanıyır. Son zamanlar zədələrim mənə oynamağa imkan vermirdi. Ötən mövsüm də milliyə çağırıla bilərdim ammm zədəm olması mane oldu. Yığmada təcrübəli futbolçular var. Onlarla rəqabət aparmaq gözəldir. Mən lazımam deyə millidəyəm. Qarşıda bizi vacib oyunlar gözləyir. Düşünürəm ki, Kontenin seçimi Azərbaycan və Norveçlə oyunlarda bizə çox kömək edəcək”.
Qeyd edək ki, bu görüş Azərbaycan – İtaliya görüşü oktyabrın 10-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp