Uzun müddətdir zədədən əziyyət çəkən "Qalatasaray"ın futbolçusu Hamit Altıntop klubdan ayrılmağı qərara alıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
Yerli mətbuatın yazdığına görə, 32 yaşlı futbolçu qardaşı Halil Altıntopun məsləhəti ilə mövsümün sonunda Bundesliqa klubuna transfer olunacaq. 1 il sözügedən liqada çıxış etmək istəyən Hamit daha sonra karyerasını başa vuracaq.
Qeyd edək ki, Altıntop 2012-ci ildə "Real"dan (İspaniya) İstanbul təmsilçisinə transfer olunmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp