Milli komandaların Avropa Çempionatının seçmə oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı “İnter” yoxlama görüşü keçirəcək. Futbolinfo.az xəbər verir ki, “bankirlər” doğma meydanda “Kəpəz”i qəbul edəcəklər.
Millimizin İtaliya ilə üz-üzə gələcəyi gün – oktyabrın 10-da keçiriləcək qarşılaşmanın artıq saatı da dəqiqləşib. Əldə etdiyimiz məlumata görə, matç saat 16:30-da start götürəcək.
Qeyd edək ki, 7 turdan sonra aktivində 13 xal olan “İnter” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zaur Svanadzenin yetirmələrindən 2 pillə arxada qərarlaşan Gəncə təmsilçisinin 8 xalı var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp