“Sumqayıt”da məşqçi dəyişməsi yalnız Aqil Məmmədov – Samir Abasov əvəzləməsi ilə bitməyib. Yeni baş məşqçi özüylə köməkçilər də gətirib.
 
Aqil bəyin köməkçilərindən olan Mübariz Orucov da düşərgəni tərk edibsə, İlham Yadullayev hələ son qərarını verməyib, amma onun da gedişi istisna deyil. Çünki Abasov özünə 2 yeni yardımçı gətirib. Sumqayıt futbolunda tanınan sabiq futbolçulardan Seymur Rəhimovla Vəfadar Quliyev bundan sonra Samir bəyə yardım edəcək. Qapışılarla işləyən Etibar Tarıverdiyev yeni məşqçilər korpusunda da fəaliyyətini davam etdirəcək.
 
Mövsümə əla başlayan əvəzedici komandanın kimə tapşırılacağı da hələ bilinmir. Abasovun başsız qoyub əsas komandaya getdiyi kollektiv tezliklə yeni “sükançı”sını tanımalıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp