Moldova “Daçiya”sının üzvü Simeon Bulqaru millələrinin yığmamızla yoxlama görüşü öncəsi yerli mətbuata müsahibə verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi 2 illik fasilədən sonra yenidən yığmaya dönməsini bayram kimi qarşıladığını gizlətməyib:
– Uzun sürən fasilədən sonra yığmaya qayıdırsan…
– Elədi, təqribən 2 illik fasilədən sonra yenidən milli komandaya dəvət aldım. Etiraf edim ki, sanki ilk dəfədi yığmaya çağırılıram. Sanki 18-19 yaşım var. Çox sevinirəm və ümid edirəm ki, növbəti illərdə də bu xoşbəxtliyim davam edəcək.
– Reytinq cədvəlində yığmamızın bu rüsvayçı yeri haqda nə düşünürsən? Axı tarix ərzində ən aşağı pilləyə enmişik.
– Zənnimcə, hər bir futbolçu neqativ hisslər keçirir. İlk dəfədi bu qədər aşağı pilləyə yuvarlanmışıq. Ancaq ümid edirəm ki, Azərbaycanla oyun irəli addım atmağımıza kömək edəcək.
– Bu oyunda məqsəd nədi? Azərbaycan üzərində qələbə qazanmaq istəyirsiniz?
– Düşünürəm ki, hər kəs qələbə qazanmaq istəyir. Elə bu məqsədlə də bu oyunu keçiririk. Nəticə də ilk növbədə pozitiv olmalıdı – biz qalib gəlməliyik.
– Azərbaycanla eyni səviyyədəyik, yoxsa zəifik? Bəlkə, onlardan güclüyük?
– Futbolçuların dəyəri, qiyməti barədə bir söz deməyə çətinlik çəkirəm. Bilirəm ki, onların 2 futbolçusu Almaniyada oynayır. Ancaq bizim də futbolçuarımız İtaliya, Türkiyədə top qovurlar. Doğrudu, onlar indi zədəlidi, amma hesab edirəm ki, qiymətlər üzrə ölçsək, təxmini bərabər gələrik. Ola bilər onların çempionatları daha güclüdü. Hər halda idmana daha çox sərmayə yatırırlar.
– Ötən seçmə tsikldə cəmi 2 xal topladıq. Baxmayaraq ki, qrupdakı rəqiblərin bəziləri Moldovadan zəif idilər. Qarşıdan yeni seçmə mərhələ gəlir: rəqiblər haqda nə düşünürsən və Moldova yığması nəyə ümid edə bilər?
– Ötən seçmə tsikl barədə heç bir söz deyə bilmərəm. Çünki milliyə çağırılmırdım və belədə, tənqid etməyim və ya fikir bildirməyim qətiyyən düzgün olmaz. Növbəti seçmə mərhələyə gəlincə, yeni və ya köhnə baş məşqçiylə yaxşı nəticələrə ümid edirəm. Dəyişikliklər baş verir, milliyə yeni, gənc oyunçular çağırılır. Düşünürəm ki, cari tsikl ötən dəfədən daha uğurlu alınacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp