AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzan Rusiya millisinin futbolçusu Andrey Panyukov yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, gənc oyunçu Azərbaycana 0:3 hesablı məğlubiyyətin  utandırıcı olduğunu bildirib: 
“İnana bilmirəm ki, Azərbaycana 0:3 hesabı ilə uduzmuşuq. Bu utandırıcıdır? Əlbəttə, çox utandırıcıdır. Şokdayam. Baş məşqçimizin sözlərinə rəy verə bilmərəm. Lakin mənə elə gəlir ki, bizdə klublarında əsas heyətə düşən futbolçular var. Gənclər yığmasının heyəti baş məşqçinin qərarı ilə yığılıb. İstərdim ki, hətta məğlubiyyətdən sonra belə bir komanda olaraq qalaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp