“Kəpəz” Bakıda “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir.
“Sarı-göylər”in milli komandalarda olan futbolçuları Tərlan Quliyev, Rəşad Eyyubov və Budaq Nəsirov dünəndən düşərgəyə qoşularaq, hazırlıq prosesində iştirak edir.
Onu da əlavə edək ki, “Kəpəz”in zədə səbəbindən bu vaxta kimi fərdi halda çalışan oyunçuları Kərim Diniyev, Xəzər Qəribov və Azad Kərimov da komanda ilə birgə məşqlərə başlayıb.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp