Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"yə 0:1 hesabı ilə uduzub. 
Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib:
“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" – bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb, qərar çıxararlar”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp