Almaniya üçüncü Bundesliqasında mövsümə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da sonuncu – 38-ci matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Zvikkau" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.

Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Bu qələbə sayəsində "Duysburq" 38 turdan sonra 68 xalla 20 klub arasında 1-ci olub. Üçüncü Bundesliqa çempionu kimi futbolçumuzun komandası növbəti mövsümdən ikinci Bundesliqada oynamaq hüququ qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp