Futbol üzrə Afrika Çempionlar Liqasının qalibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Mərakeşin “Vidad” klubu Misirin “Əl-Əhli” komandası ilə qarşılaşıb. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatıb, ikinci görüşdə isə “Vidad” 1:0 hesabı ilə qalib gəlib.

“Vidad” dekabr ayında keçiriləcək klublararsı dünya çempionatında Afrikanı təmsil etmək hüququ da əldə edib.

Bu, Mərakeş klubunun tarixində Afrika Çempionlar Liqasındakı 2-ci belə zəfərdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp