Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.
Əvəzedicilərin çempionatı
12-ci tur
18 noyabr
“Qarabağ” – “Sumqayıt” 2:1
Qol: Arif Qədirov, 54. Elçin Rəhimli, 85 – Müşfiq Rzayev, 34.






