"Neftçi"də yeni təyinat reallaşıb. 

Futbolinfo.az Sport24.az saytına istinadən xəbər verir ki, “ağ-qaralar" Baba Əsgərovu Futbol Akademiyasının koordinatoru vəzifəsinə təyin edib. Təcrübəli mütəxəssis aşağı yaş qruplarından ibarət komandalar arasında koordinasiya işlərini görəcək.

Xatırladaq ki, Əsgərovun son iş yeri U-17 yığmamızda sabiq baş məşqçi Mirbağır İsayevin köməkçisi idi.

Shares: