Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 19-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Videnbrük” ilə qarşılaşıb. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.

Erat bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Ştralen” geridə qalan turlarda 26 xal toplayıb və 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp