Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Madrid “Real”ı səfərdə “Jirona” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi cavab matçında da inamlı qələbə qazanaraq, yarımfinala yüksəlib.

İspaniya Kuboku
1/4 finalın cavab oyunları

29 yanvar

Valensiya – Xetafe 3:1 (ilk oyun 0:1)

30 yanvar

Betis – Espanyol 3:1 (1:1)

Barselona – Sevilya 6:1 (0:2)

31 yanvar

Jirona – Real 1:3 (2:4)

Shares: