“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Speranta"ya qarşı keçirəcəyi ilk oyun üçün bu gün Moldovaya yollanıb. 

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi artıq mənzil başına çatıb.

Baş məşqçi Roberto Bordinin kollektivi Bakı-İstanbul-Kişinyov marşrutu ilə səfərə yollanıb və təxminən 1 saat əvvəl Moldova paytaxtına yetişib. 

Komanda matçın son hazırlığını oyunun keçiriləcəyi "Zimbru" stadionunda edəcək.

Qeyd edək ki, "Speranta" – "Neftçi" görüşü iyulun 11-də baş tutacaq.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp