“Qarabağ”ın “Rayo Valyekano”nun futbolçusu Coni Montieli transfer etmək istədiyini xəbər vermişdik.

Futbolinfo.az-ın məlumatına görə, bu keçidin baş tutması sual altındadı.

Səbəb isə “Rayo Valyekano”nun bir neçə futbolçusunun zədəli olması və klubun Montielə ehtiyac duymasıdı. Onlar mövsümün ikinci yarısında Montelin xidmətindən daha çox istifadə etmək istəyirlər.

“Rayo Valyekano”nun idman direktori David Kobeno da dolayısı ilə bunu təsdiqləyib. O, transfer barəsində hələlik, heç bir yeniliyin olmadığını bildirib: “Bu məsələdə heç bir yenilik yoxdu”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp