İtaliyanın “Milan” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Simon Kyaer sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyasının 15-ci turunun “Cenoa” ilə səfər matçında zədələnən danimarkalı müdafiəçi mövsümün qalan hissəsini buraxa bilər.

“Cenoa” – “Milan” matçı qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp