Futbol üzrə Niderland 2-ci liqasında 19-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Telstar” 19 oyuna topladığı 19 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp