Futbol üzrə İspaniya La Liqasında 17-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Ötən tur “Atletiko”nu məğlub edən “Malyorka” bu dəfə doğma meydanda “Selta”nın müqavimətini qırmağa çalışıb. Turun açılış matçında qapılara qol vurulmayıb.

Çempionlar Liqası ilə vidalaşan “Barselona” çempionatda “Osasuna” ilə üz-üzə gələcək. “Betis” “Real Sosyedad”ı, “Sevilya” isə “Atletik”i sınağa çəkəcək.

Turun mərkəzi görüşü Madriddə keçiriləcək. Lider “Real” doğma meydanda əzəli rəqibi “Atletiko”nu qəbul edəcək.

İspaniya La Liqası
17-ci tur
10 dekabr

Malyorka – Selta 0:0

11 dekabr

17:00. Espanyol – Levante
19:15. Alaves – Xetafe
21:30. Valensiya – Elçe
00:00. Atletik – Sevilya

12 dekabr

17:00. Vilyarreal – Rayo Valyekano
19:15. Osasuna – Barselona
21:30. Betis – Real Sosyedad
00:00. Real – Atletiko

13 dekabr

00:00. Kadis – Qranada

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp