Dünya futbolu
2022-ci ilin rəmzi komandası açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin simvolik komandasını açıqlayıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun tərtib olunub.
Rəmzi komandada ən çox futbolçu ilə PSJ (Fransa) və “Real” (İspaniya) klubları təmsil olunub. Ölkə olaraq isə Belçika, Xorvatiya və Fransa hərəyə 2 futbolçu ilə diqqət çəkir.
Qapıçı: Tibo Kurtua (Belçika/“Real”);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş/PSJ), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Vircil Van Deyk (Niderland/“Liverpul”), Alfonso Deyvis (Kanada/“Bayern”);
Yarımmüdafiəçi: Luka Modriç (Xorvatiya/“Real”), Kevin De Bruyne (Belçika/“Mançester Siti”), Lionel Messi (Argentina/PSJ);
Hücumçular: Erlinq Haland (Norveç/“Mançester Siti”), Kərim Benzema (Fransa/“Real”), Kilian Mbappe (Fransa/PSJ).
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO