Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə 3 idmançımız mübarizə aparıb.

Kəramət Hüseynov yarışa 1/8, Hidayət Heydərovla Rüstəm Orucov 1/16 finaldan başlayıb.

60 kq-da mübarizə aparan Kəramət Hüseynov ilk görüşündə Dauda Dabone (Fil Dişi Sahili) üzərində ippon fəndi ilə qələbə qazanıb. İkinci cəhdində Monqolustan idmançısından üstün olan Hüseynov yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı rəqibinə uduzan Kəramət təsəlliverici görüşə qatılıb. Gürcüstandan olan Jaba Papinaşviliyə də məğlub olan idmançımız 5-ci yerlə kifayətlənib.

73 kq-da mübarizəyə qoşulan Hidayət Heydərov debütdə Teo Riquin (Fransa) üzərində qələbə qazanıb. İdmançımız növbəti sınağında Qambiya təmsilçisi Njie Faye ilə dueldən məğlub ayrılıb.

Bu çəkidəki digər təmsilçimiz Rüstəm Orucov isə ilk cəhdində uğursuzluğa düçar olub. O, fransız Benjamin Aksusa uduzub.

Digər idmançılarımızdan Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri tatamiyə sabah çıxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp