Bu gün “Turan Tovuz” yeni oyunçusuna qovuşacaq. Günün sonunda qərblilərin yeni legioneri ölkəmizə gələcək və sabah komandanın hazırlıqlarına qatılacaq.

 

Futbolinfo.az xəbər verir ki, uzun müddətdi sol cinah müdafiəçisi axtaran tovuzluların danışıq apardığı əcnəbilərin transferi müxtəlif səbəblərdən reallaşmamışdı. Ən son olaraq “Qarabağ”dan tanıdığımız Rerras Faysalla anlaşma futbolçunun zədə alması üzündən mümkün olmamışdı.

 

Nəhayət, bu mövqedə oynayan burkino fasolu Ben Aziz Dao ölkəmizə gəlməyə razılıq verib. 23 yaşlı futbolçuyla müqavilənin bütün detalları razılaşdırılıb, hətta onun oyunçu profilində yeni klubu kimi “Turan Tovuz” yazılıb.

 

Son olaraq “Duanes”də oynayan Ben Aziz vətənində “Santos”, “Akkra Lions”, “Kalum” kimi klublarda da çıxış edib. 2021-ci ildə “Duanes”dən “Slutsk” a gedən futbolçu burada meydana çıxmayıb, digər Belarus klubu “Smorqon”da isə 21 matç keçirib. Mövsüm bitən kimi vətəninə qayıdan müdafiəçi indi yenidən legioner olmağa yollanır.

 

Burkina Fasonun U-20 millisinin üzvü olan Daonun hansı bacarığa sahib olduğunu yeni mövsümdə biləcəyik.

 

Ben Aziz tovuzluların sonuncu legioner transferi olmayacaq. Daha bir neçə futbolçunun yolunu gözləyən qərblilər, xüsusən Gürcüstan çempionatının bitməsinin həsrətindədi. Avqustun sonunda bu ölkədə çıxış edən bir neçə futbolçu “Turan Tovuz”un düşərgəsinə gələ bilər. Onların arasında əsas namizəd “Samqurali”də çıxış edən Jeferson (Jefinyo) Ceraldo de Almeydadı.

296384470 818587165792651 9199371828066257672 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp