Ötən gün Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna transfer olunan Kristiano Ronaldonun hələ 2015-ci ildə verdiyi müsahibə yenidən gündəm olub.

Futbolinfo.az xəbər verir ki, həmin müsahibədə portuqaliyalı hücumçu Yaxın Şərq futboluna, “Barselona”dan Qətərin “Əl Sədd” klubuna keçən yarımmüdafiəçi Xaviyə lağ etmişdi.

Xavi isə Lionel Messini Ronaldodan daha yaxşı futbolçu olduğunu açıqlamışdı. Ronaldo illər öncə müsahibələrindən birində bunları deyib: “Xavi heç vaxt “Qızıl top”u qazanmayıb və onun fikri məni maraqlandırmır. O, heç kimə lazım olmadığı üçün Qətərə getdi”.

O, bir başqa müsahibəsində isə deyib: “Mən karyeramı TOP səviyyədə başa vurmaq istəyirəm, ABŞ, Qətər və ya Dubayda deyil”.

Xatırladaq ki, 37 yaşlı oyunçu “Əl Nəsr”lə 2 illik müqavilə imzalayıb. Bununla da o, futbol tarixinin ən çox qazanan oyunçusuna çevrilib. Məsələ burasındadır ki, portuqaliyalının yeni klubunda illik gəliri 200 milyon avro təşkil edəcək. O, bunun 75 milyonunu futbolçu kimi, digər 125 milyonunu isə kommersiya haqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində qazanacaq. Futbol tarixində bu günə qədər heç bir oyunçu şəxsi müqaviləsi əsasında bir ilinə belə yüksək gəlir əldə etməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp