“Bayern”in müdafiəçisi Nussair Mazraui komanda ilə bugünkü məşqi buraxıb.

Futbolinfo.az xəbər verir ki, buna səbəb mərakeşli futbolçunun Fələstinə dəstək verməsinin olduğu bildirilir.

Mazraui Mərakeş millisinin oyunçularının və məşqçilər heyətinin Afrika Kuboku öncəsi matçlar üçün bütün gəlirləri zərərçəkənlərə bağışlayacaqlarını bildirmiş, həmçinin, daha çox humanitar təşəbbüslər göstərəcəyinə söz vermişdi.

Mazraui bu mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 9 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Oktyabrın 7-də HƏMAS terror qruplaşması İsrailə hücum edib. Oktyabrın 8-də Fələstin tərəfinin raket atəşinə cavab olaraq Qəzza zolağında İsrail müdafiə qüvvələrinin hərbi əməliyyatı başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp