İsveçin “Norrçöpinq” klubunda icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Emil Robak itkin düşüb.

Futbolinfo.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçudan 14 gündür ki, heç bir xəbər yoxdur. “Norrçöpinq” və oyunçunun ailəsi Emilin başına nə gəldiyini bilmirlər. Robak iki həftədir komandanın məşqində iştirak etmir. O, komanda yoldaşlarına məşqə getməyəcəyi ilə bağlı xəbərdarlıq etməyib.

Bildirilir ki, “Norrçöpinq”in idman direktoru Robakla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib. Hazırda yerli mətbuatda futbolçunun itkin düşməsi ilə bağlı xəbərlər yayılır.

Robak 2020-ci ildən “Milan”ın oyunçusudur. Onun İsveç klubu ilə icarə müqaviləsi bu ilin noyabrına qədər nəzərdə tutulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp